UNİBANK - dan DAHA BİR YENİLİK!

UNİBANK - dan DAHA BİR YENİLİK! | alkredit.az

Cəmi bir neçə saniyə ərzində kredit borcunuzu öyrənmək  istəyirsiniz? Həm də bank filialına getmədən, telefonda gözləmədən. Elə isə Unibank-ın  Müştəri Xidmətlərində etdiyi yenilikdən faydalanın.

Artıq müştərilər öz kredit borclarını  Unibank-ın 117 məlumat mərkəzinə zəng edərək, operatorun cavabını gözləmədən öyrənə bilərlər. Bunun üçün sadəcə 117  nömrəsini yığıb, dil seçimi etdikdən sonra,  2 düyməsini (“kredit borcu haqqında məlumat”) seçmək lazımdir. Müştəri öz kodunu daxil etdikdən sonra, kredit borcu haqqında aşağıdakı məlumatları dinləyə biləcək:

-          Kreditin verilmə tarixi və məbləği;

-          Əsas məbləg üzrə borc;

-          Bu günə hesablanmış faiz üzrə borc;

-          Bu günə ödənilməli məbləğ;

-          Sonuncu ödənişin  tarixi və məbləğ.

 

Müştəri  öz kodunu 117-yə  zəng edərək operatordan öyrənə bilər.

Qeyd edək ki, 117 məlumat mərkəzi həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. Unibank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

 

www.unibank.az

www.facebook.com/unibank.az

Unibank-hər kəsin bankı