“Unibank”dan “Sevgililər günü”nə gözəl hədiyyələr

Unibankdan Sevgililər gününə gözəl hədiyyələr | alkredit.az

“Unibank”ın “Sevgililər günü” kampaniyasında müştərilər

Albalı Plus (Albalı) kartı ilə fərqli və həm də çox-çox sərfəli şərtlərlə gözəl hədiyyələr alacaqlar.

fevralın 13-dən 15-dək Albalı Plus (Albalı) kartı ilə partnyor mağazalarda və ticarət mərkəzlərində 3 taksitdən yuxarı alış-veriş edən müştərilər, dəyərini daha uzun müddətə - 14 ayadək ödəyə biləcəklər. Məsələn, müştəri taksiti 3 aylıq olan məhsulun dəyərini, 14 ay müddətinədək ödəyəcək. Üstəlik, Albalı Plus (Albalı) kart sahiblərini mağazalarda xüsusi endirimlər və hədiyyələr gözləyir. Albalı Plus (Albalı) kartın partnyorları olan İdeal, Sabina, Golden Rose , La parfumerie, Sel home, Agat R, İnglot, Flormar, Gulum, Swarovski və digər mağazalarda sevənlər üçün xüsusi kampaniyalar keçiriləcək.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq müştəri cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.