Unibank-dan yeni sms-taksit xidməti

 

Unibank-dan yeni sms-taksit xidməti | alkredit.az

 

Unibank bu arzunuzu da reallaşdırdı, artıq bankın partnyoru olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür. Bankın yeni sms-taksit xidməti Unibank kartı ilə başqa bankların pos-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, ALBALI PLUS kartı ilə başqa bankın pos-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşulacaq. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, taksit xidmətindən faydalana biləcək. Məsələn, ödənişinizin 3 taksitə bölünməsini istəyirsinizsə, T3 123456789 yazıb 8893-ə göndərirsiniz.

ALBALI PLUS-arzuları reallaşdıran kart.
Unibank-hər kəsin bankı.

Kartı sifariş etmək üçün:   http://alkredit.az/az/unibank-1/albal%C4%B1-plus-186.html