Unibank səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib

Unibank səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib | alkredit.az

Facebookdan Unibank səhifəsinə yüksək qiymət

Sosial şəbəkələr, xüsusi olaraq da Facebook-un rolu bizim həyatımızda günbəgün artır. Research in Motion-ın araşdırmalarına görə, indi texnoloji alətlərə daxil olan sosial internet kommunikasiyaları hər hansı bir şirkət və onun müştəriləri arasında inam yaradan vasitəyə çevrilib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.

Məsələn, hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla bankın mövcud kampaniyaları, məhsul və  xidmətləri haqqında istədiyi suala cavabı cəmi bir neçə dəqiqə ərzində ala bilir.

Unibankın səhifəsi Facebook tərəfindən müştəriyönümlü kimi qiymətləndirilib. Bu qiymət bankın facebook səhifəsi tərəfindən istifadəçilərin şəxsi mesajlarının qısa müddətdə və əhatəli  cavablandırılmasına görə verilib. Qeyd edək ki, səhifəyə gələn şəxsi məktubların 98%-i  2-3 dəqiqə ərzində cavablandırılır. Unibankın facebook səhifəsinə girdiyiniz zaman diqqətiniz çəkən yaşıl  işarə səhifənin müştəriyönümlü statusunun göstəricisidir.

Müştəri məmnuniyyətinə nail olmaq Unibank-ın rəsmi facebook səhifəsinin əsas iş prinsipidir. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi  dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.

 

 

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

 

Unibank-hər kəsin bankı