UNİBANK yeni məhsulunu təqdim etdi

UNİBANK yeni məhsulunu təqdim etdi | alkredit.az

Böyük işləri həyata keçirmək üçün böyük məbləğə ehtiyacınız var? Unibank böyük arzularınızı reallaşdırmaq istiqamətində sərfəli kredit məhsulları təklif etməkdə davam edir. İndi 25-60 yaş arası və əmək haqqı 500 manatdan yuxarı olan  hər kəs, Unibank-ın yeni girov təminatlı  “Böyük arzu” kreditindən faydalana bilər. Girov yalnız mənzil ola bilər. Bu kreditin minimal məbləği 7.000 USD/AZN, maksimal məbləğ isə 30.000 USD/AZN  təşkil edir.  “Böyük arzu” kreditini əldə etmək üçün müştərilər bankın Bakıda, Sumqayıtda və Xırdalanda yerləşən filiallarına müraciət edə bilərlər.

Unibank-ın yeni “Böyük arzu” krediti  niyə sərfəlidir?

  • Aşağı faiz dərəcəsi – illik 20%-dən başlayır;
  • Uzun müddətlidir -   84 ayadək müddətinə ayrılır;

 

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

 

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

Unibank-hər kəsin bankı!