Unibankdan 0% komissiyalı kreditlər

Unibankdan 0% komissiyalı kreditlər | alkredit.az

Unibank-da komissiyasız nağd kreditlər dövrü başladı. 31 avqustadək davam edən kampaniya dövründə banka müraciət  vətəndaşlar,  10.000 dollaradək  nağd kreditləri 0% komissiya ilə götürə bilərlər. Dollar kreditləri 3 ilədək müddətə verilir. Unibanka müraciət edənlər 10.000-dək  manat  kreditlərindən də faydalana bilərlər. Manat kreditləri 1%-lik komissiya ilə ayrılır.

Ölkənin qabaqcıl banklarından olan Unibank-ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

 

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

 

Unibank-hər kəsin bankı!