UNİBANKDAN KƏND TƏSƏRRÜFATINA 500.000 ABŞ DOLLARINADƏK KREDİTLƏR

UNİBANKDAN KƏND TƏSƏRRÜFATINA 500.000 ABŞ DOLLARINADƏK KREDİTLƏR | alkredit.az

Unibank yerli istehsalçılara dəstək məqsədi ilə yeni layihəyə qoşuldu. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nə qoşulan banka  bu məqsədlə 8 milyon ABŞ dolları kredit ayrılıb. Layihə çərçivəsində Unibank kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir.  Kreditlər 7 ilədək müddətə verilir.Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə vilər.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  “Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini  bir qədər də gücləndirməkdir.

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!