Unibankdan yeni kart

Unibankdan yeni kart | alkredit.az

Bir toxunuşla alış-veriş edin

Yüngül qəlyanaltının və ya xırda alış-verişin dəyərini ödəmək üçün kassada növbə gözləməyə həvəsiniz yoxdur? O zaman sizə Unibankın təmassız Albalı Plus kartı lazımdır. Əgər sizin təmassız (contactless) Albalı Plus MasterCard kartınız varsa, kartınızı POS-terminala yaxınlaşdırmaqla 20 manatadək olan ödənişlərinizi bir neçə saniyə ərzində başa çatdıra bilərsiniz.

Unibankın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, müştərilərinə müasir ödəniş imkanlarını təqdim etmək bankın başlıca hədəflərindən biridir: “Təmassız ödənişlərin üstünlüyü təkcə kart sahibinə rahatlıq gətirməklə məhdudlaşmır, ticarət və xidmət nöqtələrində ödənişə sərf olunan zamana qənaət etməklə ödəniş prosesini sürətləndirmək və kassalarda növbəni qısaltmaq mümkündür. Ümumiyyətlə, təmassız texnologiyalar ənənəvi kart ödənişlərində keyfiyyətcə yeni bir mərhələnin başlanmasına səbəb olub. Müasir ödəniş trendlərini az da olsa izləyənlər plastik kartların öz yerini getdikcə NFC (near field communication) texnologiyanı dəstəkləyən mobil qurğulara verməsinin şahididirlər. Təmassız kartlar ənənəvi plastik kartlarla yaxın gələcəkdə populyarlıq qazanacaq NFC ödənişlər arasında körpü rolunu oynamaqla, insanlarda yeni ödəniş vərdişlərinin formalaşmasında əhəmiyyətli rola malikdir”.

Təmassız Albalı Plus kartları tez-tez xarici səfərlərə çıxanlar üçün də çox əlverişlidir. Çünki bütün xırda ödənişlərinizi vaxt itirmədən, kartınızı kiməsə təqdim etmədən, təhlükəsiz şəkildə ödəyə bilərsiniz. Təmassız ödəniş texnologiyası həm Albalı Plus debet, həm də Albalı Plus kredit kartları üzrə yaradılıb.

Təmassız kartı necə əldə etməli?

Siz contaktless funksiyası olan Albalı Plus debet MasterCard  kartı əldə etmək üçün Unibankın baş ofisinə müraciət edə bilərsiniz.

Kart harada istifadə oluna bilər?

Təmassız ödənişi həyata keçirmək üçün kart sahibi sadəcə kartını contakless-i dəstəkləyən istənilən pos-terminala yaxınlaşdıraraq, ödəniş edə bilər. Bu pos-terminalların üzərində təmassız ödənişləri dəstəkləyən xüsusi işarə mövcuddur.

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

ALBALI PLUS  - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.