Uzunmüddətli kredit üçün danışıqlara başlayacağıq

Uzunmüddətli kredit üçün danışıqlara başlayacağıq | alkredit.az

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Koreya "Eximbank"ı danışıqlar aprelin sonu-mayın əvvəlində başlamalıdır.

Bunu Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

X.Cəfərov qeyd edib ki, yaxın iki həftə ərzində Koreya "Eximbank"ının nümayəndələrinin Azərbaycana səfəri gözlənilir.

"Bundan sonra danışıqlara başlamağı planlaşdırırıq. Rəsmi dövlət zəmanətinin alınması üçün də müraciət olunub. Prosesin 3-4 ay davam etməsi nəzərdə tutulur və təxminən bu ilin ortalarına layihənin maliyyələşməsini tamamlamaq üçün dövlət zəmanəti və vəsait əldə olunacaq", - deyə müəssisə rəhbəri əlavə edib.

Mənbə: Report