Valyuta ehtiyatları neftin qiymətinin aşağı düşməsinə qarşı yastıqdır

Valyuta ehtiyatları neftin qiymətinin aşağı düşməsinə qarşı yastıqdır | alkredit.az

Azərbaycanın yüksək səviyyədə xarici valyutada aktivləri neftin qiymətinin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərini yumşaltmaq üçün bufer yaradır.

Bu barədə "Moody's Investors Service"in yeni hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, Azərbaycanın "Sabit" proqnozu ilə "Baa3" reytinqi var.

Reytinq agentliyi qeyd edir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin aşağı düşməsilə yarana biləcək böyük şok təsiri geridə qoyub.

"Azərbaycan iri xarici aktivləri neftin qiymətinin aşağı düşməsi şəraitində hökumətə büdcə kəsirini bağlamağa, borcu aşağı saxlamağa, iqtisadi artımı təmin etməyə imkan verir", - Moody's-un analitiki Sebastyan Bekker bildirib.

Hesabatda qeyd edilir ki, Neft qiymətlərinin aşağı düşməsi "qara qızıl"dan asılı ölkə olan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və tədiyyə balansına təzyiq göstərib. Buna baxmayaraq, 2015-ci ilin ikinci rübünün sonuna Azərbaycanın xarici aktivləri (valyuta ehtiyatları) təxminən 42 milyard dollar məbləğində olub və bu  neftin aşağı qiymətləri şəraitində vəziyyəti  tənzimləmək üçün yetrəlidir.

Moody's qeyd edir ki, nüvə müqaviləsinə əsasən İran İslam Respublikasına iqtisadi və maliyyə sanksiyalarının götürülməsi, qismən Azərbaycan üçün neft qiymətlərindən aşağı təzyiqi neytrallaşdıra bilər. Bu, Azıərbaycana İranla ticarəti artırmaq və investisiyalardan bəhrələnmək imkan verəcək.

 

Mənbə: marja