Valyuta ehtiyatlarında “ərimə” 4,2 milyarda yaxınlaşıb

Valyuta ehtiyatlarında ərimə 4,2 milyarda yaxınlaşıb | alkredit.az

28 Fevral 2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11 milyard dollar təşkil edib.

“Marja” Bankın saytına istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəlindən keçən 2 ay ərzində 2 milyard 753,9 milyon dollar azalıb. Ötən ilin sonunda valyuta ehtiyatları 13 milyard 758.3 milyon dollar təşkil edirdi.

2014-cü ilin İyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı. Beləliklə, son 7 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 189 milyon dollar və ya 27,6% azalıb.

Qeyd edək ki, valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın manatın məzənnəsin saxlamaq üçün həyata keçirdiyi valyuta müdaxilələri və ehtiyatların saxlanıldığı bir sıra valyutaların dollar qarşısında dəyərdən düşməsilə bağlıdır.

Rəsmi valyuta ehtiyatları

Tarix mln. ABŞ
dolları
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4
30.06.2014 15163.2
31.05.2014 15091.3
30.04.2014 14871.1
31.03.2014 14715.7
28.02.2014 14444.8
31.01.2014 14219.3
30.12.2013 14152.0