Vergi cənnətlərinə 221 milyard dollar axıb!

Vergi cənnətlərinə 221 milyard dollar axıb! | alkredit.az

Birləşmiş Millətlər Təşkilatının yaydığı hesabata görə, 2015-ci ildə aşağı vergi güzəştləri olan ölkələrə dünya miqyasında beynəlxalq şirkətlər tərəfindən 221 milyard dollar yatırılıb.

Bu ölkələrə Niderland və Lüksemburq baçılıq edir. İngiltərənin Virjin Adaları ilə Cayman adalarına daxil olan pul miqdarı 72 milyard dollar olub.

Sözügedən şirkətlər, Hollandiya və Lüksemburqun 2015-ci ilin sonlarında, vergi pozuntuları ilə mübarizə məqsədilə yeni Avropa Birliyi aktları qəbul etmələrinin ardından bu ölkələrdən milyardlarla Dollar çəkdilər.