Vergilər Nazirliyi bütün fermerləri «görə biləcək»

Vergilər Nazirliyi bütün fermerləri «görə biləcək» | alkredit.az

Kənd Təsərrüfatı Nazirliyi ölkədə fəaliyyət göstərən bütün fermerlərin siyahısını Vergilər Nazirliyinə verib.

Vergilər Nazirliyinə istinadən məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «Elektron kənd təsərrüfatı» informasiya sistemindən istifadə Qaydaları»na uyğun olaraq, Vergilər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) arasında razılaşma sənədi imzalanıb. Sənəd KTN-nin «Elektron kənd təsərrüfatı» informasiya sistemi (EKTİS) ilə Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) arasında elektron məlumat mübadiləsini nəzərdə tutur. Razılığa əsasən, EKTİS ilə AVİS arasında elektron məlumat mübadiləsi «nöqtə-nöqtə» prinsipi üzrə həyata keçiriləcək, xüsusi qorunan rabitə kanalları vasitəsilə birbaşa tənzimlənəcək. Məlumat mübadiləsi zamanı sorğuların verilməsi və real vaxt rejimində cavablandırılması nəzərdə tutulub.

EKTİS-dən AVİS-ə sorğular kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə aid məlumatları əhatə edəcək. Bu məlumatlar vergi ödəyicilərinin (fiziki və hüquqi şəxsin) adı, eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı, hüquqi şəxslərin qanuni təmsilçisi, sahibkarların fəaliyyət növünün kodu kimi zəruri informasiyalardan ibarət olacaq.