Vergilər proqnoza əməl edə bildi

Vergilər proqnoza əməl edə bildi | alkredit.az

Vergilər Nazirliyi 2015-ci ilin 9 ayı ərzində vergi daxilolmaları haqqında məlumatı açıqlayıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən daxil olmuş məlumata görə,2015-ci ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 94 milyon 201,4 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 100,5 faiz əməl edilmişdir.

Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olmuşdu.

Hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınmışdır.

 

mənbə:marja