VF AzərKredit də Manat kreditini bərpa etdi

VF AzərKredit də Manat kreditini bərpa etdi | alkredit.az

Bank olmayan kredit təşkilatı "VF AzərKredit" MMC müştərilərə milli valyutada kredit verməyə davam edir.

Kredit təşkilatından "Marja"ya daxil olan məlumata görə müştərilər VF AzərKreditin filiallarına müraciət edərək manatla biznes kreditləriəldə edə bilərlər.

Manatla biznes kreditlərindən yaxşı kredit tarixçəsi olan loyal müştərilər yararlana biləcəklər. Müştərinin kredit tarixçəsi yoxlanarkən onun VF AzərKreditlə əməkdaşlığı nəzərə alınmaqla yanaşı onun digər kredit təşkilatlarından götürdüyü kreditlər üzrə öhdəlikləri necə icra etdiyinə də önəm veriləcək.

Manatla biznes kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 29% təşkil edir. Kreditlər kənd təsərrüfatı, emal, xidmət, ticarət və sair biznes sahələrini inkişaf etdirmək məqsədilə 15 aya qədər müddətə ayrılır.

VF AzərKredit kiçik sahibkarlığın davamlı inkişafını dəstəkləmək məqsədilə manatla kreditləri müştərilərinə Bakıda və regionlarda fəaliyyət göstərən geniş filial şəbəkəsi vasitəsilə təqdim edir.

Qeyd edək ki, son günlər Azərbaycanın kredit təşkilatları bir-birinin ardınca manatda kredit ayırmağı bərpa edirlər.

mənbə:marja