Viza Kredit Manat və Dollarda istiqraz buraxır

Viza Kredit Manat və Dollarda istiqraz buraxır | alkredit.az

“Viza Kredit BOKT" MMC dollarda 500 min dollarlıq, manatda isə 90 min manatlıq istiqraz buraxır.

29 dekabr 2015-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Viza Kredit BOKT" Məhdud Məsuliyyətli Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 ABŞ Dolları olan 500 ədəd faizli təmin edilməmiş istiqrazlarının buraxılışı  dövlət qeydiyyatına alınmışdır.

Həmçinin, 29 dekabr 2015-ci il tarixdə “Viza Kredit BOKT" Məhdud Məsuliyyətli Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 manat olan 90 ədəd faizli təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınmışdır.

Qeyd edək ki, “Viza Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC 12 oktyabr  2011-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankından  kreditlərin verilməsi üçün lisenziya aldıqdan sonra oktyabr ayından fəaliyyətə başlamışdır. “Viza Kredit” BOKT-ın  əsas  missiyası Azərbaycan Respublikası ərazisində yaşayan,  əsasən kənd təsərrüfatının  müxtəlif  sahələri  ilə məşğul olan  və eləcədə paytaxt və regionlarda  insanların  istehlak ehtiyaclarının  ödənilməsi məqsədilə  müxtəlif  növ kreditlərin verilməsindən ibarətdir.

Qeyd edək ki, 2013-cü ildə də “Viza Kredit” hər birinin nominal dəyəri 1000 AZN, sayı isə  500 ədəd olan istiqrazlar buraxmışdı.

 

mənbə:marja