Yapı Kredi Bank 500.000 sorğuya cavab verdi

Yapı Kredi Bank 500.000 sorğuya cavab verdi | alkredit.az

РРİnformasiya Texnologiyalarının inkişafı Bankçılıq sektorunda da təsirsiz ötüşmür. Belə ki, müştərilərinə daha təhlükəsiz və praktik yollarla xidmət göstərmək istəyən banklar yeni və müasir üsullarla xidmət keyfiyyətini qaldırmağa çalışır. Yapı Kredi , İnformasiya Texnologiyalarının köməkliyi ilə dünyanın 17 ölkəsində mövcud olan sərhədsiz təcrübəsini Azərbaycan müştərilərinin xidmətinə təqdim etmiş və *0444 Telefon Mərkəzi ilə 500.000 sorğuya cavab vermişdir.

Təxminən son 2 aylıq bir müddətdə Telefon Mərkəzinə edilən zənglərin miqdarı əlli min daha artaraq, ümumi müraciətlərinin sayı beş yüz minə (500.000) çatmışdır.Azərbaycan bank sektorunda ilk 7 gün 24 saat fəaliyyət göstərən telefon mərkəzlərindən biri də Yapı Kredi Telefon Mərkəzidir. Belə ki, artıq iki ildir ki, aktiv şəkildə çalışır və bu müddət ərzində 500 min dəfə müştərilərin suallarını cavablandırmışdır. Telefon Mərkəzinə əsasən bankın kredit kartı məhsulu olan Worldcard eyni zamanda, İstehlak krediti, Əmanət, İnternet Bankçılıq və digər mövzular haqqında suallar soruşulmuş və ətraflı şəkildə izah edilmişdir.

Yapı Kredi Telefon Mərkəzinin üstünlüklərindən biri də, operatora bağlanmadan bir çox əməliyyatların yerinə yetirilə bilməsidir. Belə ki, növbə gözləmədən, vaxta qənaət edərək Worldcard üzrə limit, dövri borc, cari borc və s. məlumatları dinləyə və Worldcard üçün sifrə təyin edə bilərlər.