Yavaş-yavaş bazara daxil oluruq

Yavaş-yavaş bazara daxil oluruq | alkredit.az

Artıq 4 aydır fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” bazara daxil olmağa başlayır.

Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi “Marja”ya bildirib ki, Bankın qurulması ilə əlaqədar işlər plana uyğun həyata keçirilir:

“Hazırda həm bankın qurulması davam edir, həm də yavaş-yavaş bazara daxil oluruq. Özümüzün bankçılıq prinsiplərimiz, Azərbaycanın qanunları  və biznes mədəniyyəti nəzərə alınaraq “Ziraat Bank Azərbaycan” yaradılmışdır".

Hazırda “Ziraat Bank Azərbaycan” kart məhsulundan başqa hər növ bank xidmətləri təqdim edir:

“Biz kart biznesinə debet kartları ilə başlamağı planlaşdırırq. Xüsusilə, korporativ müştərilərimizin işçilərinə yönələcək kart emissiya etməyi planlaşdırırıq. Bazarda  kredit kartında çox aqressiv olmayacağıq, debet karta daha çox üstünlük verəcəyik. İrəlidə bazar bizi hara apararsa, ona örə də kart siyasətimizdə dəyişikliklər edə bilərik”.

“BİZ MƏNFƏƏTDƏYİK”

Avni Dəmirçi qeyd edib ki, “Ziraat Bank Azərbaycan” yeni qurulmasına rəğmən, bu ilin 9 ayında zərər etməyib, əksinə mənfəətdədir.

YENİ FİLİALLARINI AÇACAQ

“Ziraat Bank Azərbaycan”  gələn ildən başlayaraq yeni filiallarını istifadəyə verməyi planlaşdırır.

“Biz hazırda sistemlərimizi tam qurmaqla, daxili infrastrukturumuzu formalaşdırmaqla məşğuluq. İşlək sistem qurmadan yeni filialların istifadəyə verilməsinin mənası olmaz. Doğru və sürətli xidmət göstərmək üçün alt infrastrukturu qurmalıyıq. Bu ilin sonuna qədər alt infrastrukturun qurulması üzrə işlərin böyük hissəsini görəcəyik. Artıq bir filialımızı istifadəyə vermişik. Böyük ehtimalla gələn ilin birinci yarısında Bakıda  2-ci filialımızı açacağıq. 2016-cı ilin sonuna qədər də 3-cü filialımızı istifadəyə verməyi planlaşdırırıq. Həmin filial üçün münasib yer axtarırıq. Növbəti illərdə isə regionlarda filiallarımızı istifadəyə verməyi düşünürük”.

Qeyd edib ki, “Ziraat Bank Azərbaycan”  korporativ sektora fokuslanıb.

\

 

mənbə:marja