Yeni çoxfunksiyalı kart istifadəyə verildi

Yeni çoxfunksiyalı kart istifadəyə verildi | alkredit.az

mycard müştərilərin həm rahatlığını artırır, həm də yeni cəlbedici imkanlar yaradır

AccessBank müştərilərin rahatlığını təmin etmək üçün myсard brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verib.

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, artıq mycard-ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər.

5% GƏLİR QAZANMAQ İMKANI

mycard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan  müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.

YENİ KAMPANİYAYA START VERİB

Eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verib. Kampaniya müddətində myсard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər.

Bankın bütün yeni və cari müştəriləri mycard kartını, məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər. Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

mənbə:marja