Yeni 20 avroluq əskinas bu gündən dövriyyədə

Yeni 20 avroluq əskinas bu gündən dövriyyədə | alkredit.az

ECB-dən edilən açıqlamada, yeni əskinasların Çərşənbə günü dövriyyəyə buraxılacağı bildirilərək, "20 avroluq əskinas sabah dövriyyəyə buraxılır. Yeni əskinasın tanınması, holoqram zolağın üstündə yer alan və işığa tutulduqda şəffaf hala gələn innovativ "portret pəncərəsi" texnologiyası sayəsində asan olacaq" deyilir.

Açıqlamada ECB-nin İdarə Heyətinin üzvü və Dövlət Katibi Yves Mersch, "Nağd pul  keçmişdə və indi olduğu kimi əhəmiyyətli bir ödəmə vasitəsi olmağa davam edəcək. Yəni, 20 avroluq əskinasın dövriyyəyə buraxılması bunun əyani sübutudur" ifadələrini istifadə edib.

Əskinaslarda dəyişikliyin 50, 100, 200 və 500 avroluq əskinaslarla davam etməsi gözlənilir.

mənbə:marja