Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri” kampaniyası!

Yeni il ərəfəsində Azercell-dən Pulsuz Danışıq Günləri kampaniyası! | alkredit.az

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni kampaniyaya start verib. Bu barədə fins.az-a şirkətdən bildirilib. Məlumata görə, SimSim abunəçiləri üçün 3-20 dekabr, 2015-ci il tarixində “Azercell-dən Pulsuz Danışıq Günü” kampaniyasını keçirilir. Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni Azercell-lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yukləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər. Onu da bildirək ki, pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qısa nömrəsinə boş SMS göndərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

 

mənbə:marja