Yeni iPhone toxunulan sensorlu olmayacaq

Yeni iPhone toxunulan sensorlu olmayacaq | alkredit.az

23 Mart 2015-ci ildə ABŞ Patent İnstitutuna müraciət edən Apple, ötən günlərdə istifadəçinin ekrana toxunmadan əmrlər verməsinə imkan verən (yaxın məsafədən hərəkətə həssas şəkildə işləyəcək multi touch səthlər) texnologiyanın patentini alıb.

Hərəkətə həssas bir sistem üzərində işləyən Apple-ın bu texnologiya sayəsində cihazların istifadəçinin ekrana toxunmasına ehtiyac olmadan, barmağın ekrana yaxınlaşdırması ilə əmrlər veriləcək.

Xüsusilə, ağıllı cihazların istismarında inqilabi bir yeniliyin xəbərçisi olan bu xüsusiyyətin ən mühüm hissəsi, şübhəsiz, inkişaf etmiş sensorlar olacaq.

İnkişaf etmiş sensorların barmağın ekrana toxunmasına gərək qalmadan prosesi qavraması ilə çalışacaq sistemin ilk fazada cihazların açılıb-bağlanması və proqramlardan çıxış kimi əməliyyatlarda istifadə ediləcəyi ehtimal edilir.

Hər zamankı kimi Apple, yeni iPhone modeli çıxana qədər məlumat vermir. Ancaq bu model haqqında sızıntılar bir-birinin ardınca gəlir.

mənbə:marja