Yeni Passat-ın Azərbaycan qiymətləri açıqlandı

Yeni Passat-ın Azərbaycan qiymətləri açıqlandı | alkredit.az

Volkswagen-in Azərbaycanda rəsmi idxalçısı Euro Style LTD şirkəti yeni Passat modelinin satışına hazırlaşır. Rəsmi idxalçı, satışlara bir neçə gün qalmış, səbirsizliklə gözlənilən yeni modelin qiymətlərini açıqlayıb.

Euro Style LTD şirkətindən bildirilib ki, yeni Passat 2 komplektasiyada təklif olunacaqdır: Passat B8 COMFORTLINE və Passat B8 HIGHLINE.

Yeni Volkswagen Passat B8 COMFORTLINE 53 900 manata, Yeni Volkswagen Passat B8 HIGHLINE isə 59 500 manata təklif olunacaqdır.

Hər iki model 1.8 TSI, 132kW və 180 a/g mühərrik ilə təchiz olunur. Avtomobildə 7 pilləli avtomat DSG sürət qutusu quraşdırılır.

2015-cil ildə Avropada ilin avtomobili seçilən yeni Volkswagen Passat-a yürüşündən asılı olmayaraq 5 il zəmanət verilir. Yeni Passatların yaxın günlərdə Bakıda Babək prospektində yerləşən Volkswagen Bakı Mərkəzində satışına start veriləcək.

Daha ətraflı: *7788

Babək, pr-i 35a. Volkswagen Bakı Mərkəzi

www.volkswagen.az/

https://www.facebook.com/VolkswagenAZ

Yeni Volkswagen Passat-ın təchizatı

-Sol tərəfdə 2 çıxışlı çıxaz qaz borusu

-Ön və arxa ayaqaltılar

-İnformasiya kitabçası rus dilində

-Soyuq ölkələr paketi

-ABS, ASR, EDL, EDTC

-Yüngül lehimli ehtiyat təkəri

-Alətlər dəsti

-Xromla işlənmiş gövdə rəngində bamperlər

-Qızdırılan, dəri ilə işlənmiş multifunksional sükan

-ISOFIX ankerlər

-"Silver Diamond" dekorativ taxmalar

-Qapı içliyi və yan panel parça

-"Press & Drive" sistemi və mərkəzi qapanma

-Salonda avtomatik qaralan arxa görüntü güzgüsü

-Pərdə tipli yan hava yastıqları

-Qapı şüşələrinin kənarında xrom işləmələr

-Ön dirsəkaltı iç dolabçası ilə birlikdə

-Sürət qutusunun dəstəyi dəri ilə işlənmiş

-Ön ayaqaltı görüntüsü üçün 2 ədəd LED

-Yan güzgülər - elektrik idarə olunan, qatlanan və qızdırılan

-Emissiya standartı EU4

-Təkərlərin təzyiqini göstərən sensor

-Ön oturacaqlar hün-ə görə tənzimlənən, onurğa dəstəyi, sür. tərəf elektrik, sərnişin tərəf əl ilə idarə olunan.

-Ön və arxa park sensorlar

-Arxa stoplar LED yığımlı

-Arxa dumanəleyhinə fənər

-Xrom işləmələrlə və statik dönmə işığı ilə ön dumanəleyhinə fənərlər

-Ön fənər yuyucuları

-Siqaret çəkmə paketi

-Rəngli "Premium" multifunksional ekran, qapılarda LED xəbərdaredici giriş lampaları

-3 zonalı Climatronik kondisioner

-"Weave" parça oturacaqlar

-Ön alın şüşəsinin qızdırıcısı

-"Nivelles" 7J x R17 nisbətən qaraldılmış 5 ulduz disklər

-Oğurlanmaya qarşı təkər boltu (hər təkərdə 1-i)

-Pis yollar dəsti və ön alt müdafiə - metal

-Ön və arxa oturacaq qızdırıcıları

-Sürət məhdudiyyəti ilə kruiz kontrol sistemi

-Ön suvurma forsunkalarının qızdırıcısı

-Ön dirsəkaltının arxasında 230-V girişi

-Elektron əl tormozu "Auto Hold" sistemi ilə birlikdə

-Ön paneldə "Klassik analoq" saat

-Ön fənərlər LED

-Radio sistemi "Composition Media", 8 ədəd səsgücləndirici

-Mobil telefon hazırlığı - bluetooth

-USB və AUX-IN

mənbə:marja