Yeni "PayKart Kredit" kartı təqdim ediləcək

Yeni "PayKart Kredit" kartı təqdim ediləcək | alkredit.az

Yaxın günlərdə "Bank Respublika" hissə-hissə ödəmə funksionallığı olan "PayKart Kredit" adlı yeni kredit kartını təqdim edəcək.

Bankdan AzərTAc-a bildiriblər ki, “Sərbəst alış-veriş - seçim Sizindir” şüarı daşıyan kredit kartı tərəfdaş şəbəkəsində və ümumiyyətlə POS-terminal quraşdırılmış bütün satış məntəqələrində alış-veriş edib ödənişi 3, 6 və ya 12 ay ərzində bərabər hissələrə bölmək imkanı verir. Bununla yanaşı, bu kart vasitəsilə partnyor şəbəkəsində ödənişlər tamamilə faizsiz aparıla bilər. "MasterCard" bazasında yaradılan yeni kredit kartı vasitəsilə dünyanın 200-dən artıq ölkəsində istədiyiniz məhsulu almaq və yaxud xidmətdən istifadə edərək ödənişi hissə-hissə ödəmək mümkün olacaq. Həmçinin bankomat vasitəsilə istər Azərbaycanda, istər xaricdə kartdan vəsaitin daimi nağdlaşdırılması imkanının təqdim edilməsi nəzərdə tutulub.

Yeni kartın digər bir üstünlüyü populyar olan "Card to Card" xidməti ilə aparılan ödənişlərin də bərabər hissələrlə ödəmək imkanın mövcudluğudur.