Yeni sığorta şirkəti hesabatını açıqladı

Yeni sığorta şirkəti hesabatını açıqladı | alkredit.az

“Qala Sığorta” (Chartis Azərbaycan) şirkəti yanvar-fevral ayları üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, iki ay ərzində ümumi yığımların həcmi 1 850 181 manat olub. Sığorta yığımları daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası üzrə bağlanan korporativ müqavilələr əsasında toplanıb. Sığorta haqqlarının hamısı yalnız yanvar ayında toplanıb.
Eləcə də bax: “Artıq 200-dən çox əmlak sığortalamışıq”- QALA SIĞORTA
Şirkətdən bildirilib ki, fevral ayında heç bir sığorta müqaviləsi bağlanmadığı üçün sığorta haqqı toplanmayıb. Sığorta şirkətinin kifayət qədər yığımları olsa da, 2 ay ərzində ödəniş etməyib. Belə ki, heç bir sığorta hadisəsi üzrə müraciət edilməyib.
Eləcə də bax: “Chartis Azerbaijan”ın yeni adı məlum oldu
Xatırladaq ki, dekabr ayının 11-dən etibarən “Qala Sığorta”ya “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İSB-nin üzvləri sırasına daxil edilib.