Yubiley” filialı fəaliyyətə başladı

Yubiley filialı fəaliyyətə başladı | alkredit.az

ASC “Xalq” Bankının Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Xalq Bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib. “Yubiley” filialı Bankın yeddinci paytaxt, ümumilikdə isə sayca 26-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial, Bakı şəh., Azərbaycan pr-ti 11, ünvanda yerləşir.

“Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir. Bank 2015-ci ildə də filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”,- məlumatda deyilir.