Zəif bankların bağlanması qalan banklara maliyyə dəstəyi göstərməyə imkan verəcək

Zəif bankların bağlanması qalan banklara maliyyə dəstəyi göstərməyə imkan verəcək | alkredit.az

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən respublikda zəif bankların bağlanması qalan banklara maliyyə dəstəyi göstərilməsinə imkan verəcək.

“İndiki şəraitdə banklar AMB-nin dəstəyinə ehtiyac duyurlar. Bu dəstək olmadan 2015-ci ildə milli valyutanın devalvasiyasından sonra yaranmış böhrandan bankların çıxmaq şansı azdır”, - deyə bank bazarındakı mənbə bildirilib.

Onun sözlərinə görə, AMB zəif bankların lisenziyasını geri çağırıb ki, bu da doğru addımdır. “Bir çox bankların kapitalın likvidliyi ilə bağlı problemləri var. AMB bütün banklara kömək edə bilməz. Lakin zəif bankların bağlanması digər banklara lazımi kömək göstərilməsinə imkan verəcək”, - deyə o qeyd edib.

Xəbər verildiyi kimi, yanvarın 18-dən 27-nə qədər AMB Azərbaycanda 6 bankın lisenziyasını ləğv edib. “AGBank” və “DəmirBank” birləşmək planları barədə elan edib.

AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov isə Azərbaycanda 5-7 bankın birləşmək istəməsi barədə məlumat verib.

Hazırda Azərbaycanda 37 bank lisenziyaya malikdir.

Mənbə: “İnterfaks-Azərbaycan”