Zərərlə işləyən banklar artdı

Zərərlə işləyən banklar artdı | alkredit.az

Banklar 370,5 milyon mənfəət əldə ediblər.

Azərbaycanın bank sektoru 2014-cü ili 370,54 milyon manat mənfəət ilə başa vurub.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2013-cü illə müqayisədə ötən il banklar tərəfindən əldə edilmiş yekun mənfəət 102,97 milyon manat və ya 38,5% artıb. Belə ki, banklar 2013-cü ili 267,57 milyon manat mənfəət ilə başa vurmuşdular.

Ötən il bank sisteminin mənfəətlə işləyən banklar üzrə cəmi mənfəəti 375,33 milyon manat, bank sisteminin cəmi zərəri isə (zərərlə işləyən banklar üzrə) 4,79 milyon manat təşkil edib. 2013-cü ilin dekabr ayı ilə müqayisədə mənfəətlə işləyən bankların mənfəəti 103,01 milyon manat və ya 37,8% artıb. Zərərlə işləyən bankların zərəri isə 40 min manat artıb.

8 BANK ZƏRƏRLƏ İŞLƏYİB

Mərkəzi Bankın açıqladığı statistik hesabatda diqqəti çəkən zərərlə işləyən bankların sayının yenidən artmasıdır. Belə ki, 2013-cü ilin  sonunda 4, 2014-cü ilin noyabrında isə 5 bank zərərlə işləyirdisə, Dekabrda 8 bank zərər ilə işləyib. Lakin zərələ işləyən bankların zərəri elə də böyük deyil: -4,79 milyon manat. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin dekabrında 4 bankın zərəri -4,75 milyon manat idi.