Güzəştli ipoteka krediti

Rabitəbank Güzəştli ipoteka krediti
Kreditin bankın saytındakı səhifəsi

Faiz dərəcəsi

Zəmanətli – 3,7%

Zəmanətsiz – 4 %

Ödəniş növü Annuitet qaydada (bərabər ödənişlər)
Girov Fərdi yaşayış evi və ya mənzil
Sığorta

Borcalanın həyatı və əmək qabiliyyəti kreditin məbləğindən az olmamaq şərti ilə sığortalanmalıdır. Daşınmaz əmlak isə bazar qiyməti əsas götürülərək sığortalanmalıdır.

Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

a.    gənc ailənin (Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu :  1.0.3. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn)  üzvü olan aşağıdakı şəxslər:

  • şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  • fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

b.    elmlər doktoru elmi dərəcəsi olan şəxs; 
c.    ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs; 
d.    ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); 
e.    ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Kreditin məbləği : 0 - 100000 AZN
İlkin ödəniş : 15%
FİFD : 0.00 - 0.00%
Müddət : - 30 il
İş yerindən arayış : Tələb olunur
Zamin : Tələb olunmur
Minimum staj : -
Ərizəçinin yaşı : -
Sıgorta : -
Girov : Tələb olunur

Bu kreditlə yanaşı müraciət edilən kreditlər:

Kapital Sifariş et

İpoteka

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN

Sifariş et
YapıKredi Bank Azərbaycan

Təkrar müştərilərə daşınmaz əmlak krediti

Aylıq ödəniş

92 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,104 AZN

Azerbaycan Beynelxalq Banki

Güzəştli ipoteka krediti (AİF)

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN

Alkredit

Ipoteka Krediti

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN