Xalq Bank sosial ipoteka krediti (dövlət proqramı)

Xalq Bank Xalq Bank sosial ipoteka krediti (dövlət proqramı)
Kreditin bankın saytındakı səhifəsi

Xalq Bank sosial ipoteka krediti-nin alınması üçün tələb olunan sənədlər:

  • Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti).
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  • Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri).
  • Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri).
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.).
  • İpoteka predmetinin qiymətləndirmə aktı.
  • Dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından borcalanın (birgə borcalanın) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış.
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər:
  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə tələb olunan sənələr:
  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Güzəştli kateqoriyaya aid olan şəxslər:
  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
o şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
o Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
o məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
o üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
o elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
o idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və   idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
  • Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).
Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Xalq Bank sosial ipoteka krediti-nin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  • İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.
İpotekanin rəsmiləşdirilməsindən sonra təqdim olunmali sənədlər:
  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsindən sığortalanmasını, eləcə də ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  • Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
  • Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
Qeyd: Təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.
Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Xalq Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.
Kreditin məbləği : 10000 - 50000 AZN
İlkin ödəniş : 30%
FİFD : 4.00 - 4.00%
Müddət : 3 il - 30 il
İş yerindən arayış : Tələb olunur
Zamin : Tələb olunmur
Minimum staj : 6 ay
Ərizəçinin yaşı : 23 - 60
Sıgorta : 0
Girov : Tələb olunmur

Bu kreditlə yanaşı müraciət edilən kreditlər:

Kapital Sifariş et

İpoteka

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN

Sifariş et
YapıKredi Bank Azərbaycan

Təkrar müştərilərə daşınmaz əmlak krediti

Aylıq ödəniş

92 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,104 AZN

Azerbaycan Beynelxalq Banki

Güzəştli ipoteka krediti (AİF)

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN

Alkredit

Ipoteka Krediti

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN