AccessBank

Sizin Yerli Avropa Bankınız

Bank haqqında


Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.

  • 2017

    • AYİB AccessBank-ı ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank elan edib
    • Rolf Reyxardt AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib
    • AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi
    • Avropa İnvestisiya Bankı AccessBank-a 20 mln Avro məbləğində kredit ayırıb
  • 2016

    • The Banker dördüncü dəfə AccessBank-ı "Azərbaycanda İlin Ən yaxşı Bankı" adına layiq gördü
    • AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib
    • Euromoney 6-cı dəfə AccessBank-ı “Azərbaycanın ən yaxşı Bankı” adına layiq gördü
    • AccessBank yeni çoxfunksiyalı mycard kartını istifadəyə verdi
    • AccessBank AYİB-lə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı
    • AccessBank Asiya İnkişaf Bankı ilə institusional inkişaf üzrə tərəfdaşlığa başlayır
  • 2015

    • AccessBank The Banker tərəfindən İlin ən Yaxşı Bankı elan edilib (FT qrupu)
    • AccessBank i “myAccess” İnternet Bankinq xidmətini uğurla istifadəyə verdi
    • IFC AccessBank-a 25 milyon ABŞ dolları məbləğində subordinasiyalı kredit ayırır
    • Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib
    • Global Finance jurnalı AccessBank-ı Ən Yaxşı Bank elan edib
    • AccessBank AMCHAM CSR 2014 Excellence Award müsabiqəsində 2 nominasiya üzrə mükafata layiq görülüb!
    • EFSE və AccessBank Azərbaycan bölgələrində KOB müəssisələrin maliyyələşdirilməsi üzrə cari tərəfdaşlıqlarını genişləndirirlər
  • 2014

    • Fitch AccessBankın reytiniqi Investment Grade səviyyəsinə yüksəltdi;"BBB-"; proqnoz "Sabit"
    • Avropa İnvestisiya Bankı Azərbaycanda ilk krediti AccessBank-a ayırdı
    • AccessBank elektron arayış əssasında kreditlərin verilməsinə start verdi
    • AccessBank The Green for Growth Fund tərəfindən 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib
    • AccessBank 5-ci ildir ki, Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür
    • AccessBank, QDTİB ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb
    • AccessBank Raiffeisen Bank International AG tərəfindən təşkil olunan 60 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb edib
    • EFSE AccessBank-a 15 milyon ABŞ dolları məbləğində kredit verib
  • 2013

    • Fitch Ratings Agentliyi AccessBank-ın reytinqini “BB+ proqnoz sabit” səviyyəsində təsdiqlədi
    • AccessBank-ın yeni xidməti sayəsində, Bankın bütün plastik kart sahibləri qazanc əldə edəcəklər
    • AccessBank dördüncü ildir ki, ardıcıl olaraq Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür
    • AccessBank FMO-nun rəhbərliyi altında fəaliyyət göstərən beynəlxalq konsorsiumdan sindikatlaşdırılmış kredit cəlb edib
    • AccessBank, QDTİB ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb
    • AccessBank 3-cü beynəlxalq “Caspian Cup” futbol turnirinin keçirilməsində AFFA-ya dəstək verdi
    • Global Finance jurnalı AccessBank-ı Ən Yaxşı Bank elan edib;
    • AYİB-in dəstəyi ilə AccessBank Azərbaycanda ilk enerji səmərəlilik layihəsini həyata keçirir
  • 2012

    • AccessBank, The Banker jurnalı tərəfindən «Azərbaycanda ilin bankı» adına layiq görülüb
    • Michael Hoffmann AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib
    • Azərbaycanda Beynəlxalq Əmanət Günü qeyd olunur
    • AccessBank-ın 10 yaşı tamam oldu!
    • AccessBank kredit kartlarını istifadəyə buraxıb
    • Euromoney, AccessBank-ı Azərbaycanın ən yaxşı bankı elan edib
    • AccessBank-ın depozit portfeli 200 milyon ABŞ dollarını ötüb
    • AccessBank AYİB-dan 15 milyon ABŞ dolları cəlb edib
    • AccessBank-ın kreditlərini telefonlar vasitəsi ilə ödəmək olar
    • AccessBank öz səhmdar payının strukturunu dəyişdirəcək
    • AccessBank nizamnamə kapitalını artırdı
    • AccessBank avtomobillərin sığortalanmasına başlayıb
    • Fitch AccessBank-ın BB+ reytinqini təsdiqləyib
    • AccessBank Quba şəhərində özünün 30-cu filialını açıb
  • 2011

    • Fitch Ratings AccessBank-ın reytinqini Sabit proqnozla «BB+» səviyyəsində yenidən təsdiqləyib – bu, Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqdir
    • Global Finance jurnalı AccessBank-ı «Azərbaycanda ən yaxşı bank» adına layiq görüb
    • Euromoney Nəşriyyat Qrupunun ənənəvi “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində, AccessBank “Azərbaycanda ən yaxşı bank” adına layiq görülüb. Bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır
    • AccessBank, The Banker jurnalının keçirilən «İlin bankı» mükafatının təqdimat mərasimində «Azərbaycanda ilin bankı» adına layiq görülüb
  • 2010

    • Fitch reytinq agentliyi AccessBank-ın reytinqini bir daha BB+ səviyyəsində təsdiq etdi, bankın fərdi reytinqini isə “D” səviyyəsinə qaldırdı bu isə, Azərbaycanın özəl bankları arasında ən yüksək reytinqdir
    • Regionlarda 3, Bakıda 2 filial olmaqla bank 5 yeni filialını açmış və yeni Baş Ofisi üçün bina satın almışdır
    • 5 milyon AZN həcmində ilk dividendlər səhmdarlar arasında paylanılmışdır. Banka yatırılan əmanətlər il ərzində 86% artaraq 152 milyon ABŞ dollarına çatmışdır. Bu bölüşdürülməmiş mənfəətlə birgə aktivlərin artmasına və xarici borclardan asıllığın azalmasına gətirib çıxarır
    • AccessBank özündə kişilərdən, qadınlardan və gənclərdən ibarət 11 milli futbol komandalarını birləşdirən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş sponsoru olmuşdur
    • AccessBank-ın İdarə Heyətinin sədri Azərbaycan Biznes Mükafatları mərasimində “İlin Bankiri” adına layiq görülmüşdür
    • Microfinance Information Exchange (MIX) AccessBank-ı ən yüksək şəffaflıq reytinqi olan “Beş brilliant” ilə mükafatlandırmışdır
    • Qafqaz ölkələri arasında yeganə olaraq AccessBank beynəxlaq Mikromaliyyələşdirmə Mərkəzinin İllik Konfrnasında müştəriləri mühafizə etmək sahəsində uğurlu təcrübəsinə görə mükafatla təltif olunmuşdur
    • Euromoney ənənəvi “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində AccessBank-ı Azərbaycanın ən yaxşı bankı adına layiq görmüşdür
    • «Standard & Poor’s» reytinq agentliyi AccessBank-ı “Azərbaycanın ən şəffaf bankı” qismində qiymətləndirmişdir
  • 2009

    • Əsas meyarları Ətraf Mühit, Sosial və Korporativ Məsuliyyət və Korporativ İdarəetmə amillərindən ibarət olan AccessBank “2009 Financial Times Sustainable Banking Awards” tərəfindən Qərbi Avropanın üç ən sabit banklarından biri kimi tanınıb
    • AccessBank, Maliyyə Vəsaitlərinin Cəlb Olunması Mərkəzi tərəfindən Müştərilərin Mühafizəsi üzrə Beynəlxalq Kampaniyaya qoşulub və Azərbaycanda bu kampaniyaya qoşulmuş ilk bank olub
  • 2008

    • Daha güclü və dəqiq brend yaratmaq məqsədi ilə Azərbaycan Mikromaliyyələşdirmə Bankının adı dəyişilərək AccessBank olub
    • Fitch Ratings tərəfindən BB+ reytinqi verilib – bu, Azərbaycanda özəl banklara verilməsi mümkün olan ən yüksək reytinqdir
    • İl ərzində yeni təkrar maliyyələşdirmə kreditləri 80 milyon ABŞ dollarını ötüb – buraya AccessBank-ın debüt istiqrazlarının ikinci buraxılışı və bankın AYİB tərəfindən təyin olunan ilk sindikatlaşdırılmış kreditinin imzalanması daxildir
    • AccessBankın aqrokredit məhsulu Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “Ən yaxşı kredit məhsulu” adına layiq görülüb
Hamısını oxu

Əlaqə vasitələri

Veb səhifə
http://accessbank.az/
Qaynar xətt
0151
i