Kapital

140 il irəliyə doğru

Bank haqqında


Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin (“törəmə müəssisə”) 100%-lik sahibi olmuşdur. “BirKart BOKT” MMC yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır.
BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-a verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT borc öhdəliklərinin alğı-satqısı (faktorinq, forfeytinq),lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi həyata keçirə bilər. BOKT-un hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.

Hamısını oxu

Əlaqə vasitələri

Qaynar xətt
196
i