YapıKredi Bank Azərbaycan

Xidmətdə sərhəd yoxdur

Bank haqqında


Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.

2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.

Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.

Hal hazırda Yapı Kredi Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif etməkdədir. Səhmdarları Türkiyənin ən nüfuzlu holdingi Koç Group və Avropanın ən böyük bankı Unicredit Group olan Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas məqsədi dünyanın 17 ölkəsində mövcud olan təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib, ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir.

2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır.

Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yığıncağı, müşahidə şurası, audit komitəsi və idarə heyətindən ibarətdir.

Hamısını oxu

Əlaqə vasitələri

Qaynar xətt
i