"Bank BTB"dan AIKZF hesabına ipoteka krediti təklifi

AIKZF hesabına ipoteka krediti

Kreditin məbləği Maks. 150000 AZN (sosial maks.100000 AZN)
Müddəti 3 - 25 il (sosial maks. 30 il)
Faktiki illik faiz dərəcəsi 7,01% (Məbləğ 150000 AZN, illik faiz dərəcəsi 7%, müddət 300 ay, komissiya 0.1% + 5 AZN olduqda)
Faktiki illik faiz dərəcəsi (sosial) 4,01% (Məbləğ 100000 AZN, illik faiz dərəcəsi 4%, müddət 360 ay, komissiya 0.1% + 5 AZN olduqda)
İlkin ödəniş Min. 15% (sosial - min.30%)
Ödəniş forması Annuitet
Təminat Alınan ev


Tələb olunan sənədlər
1. İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti. Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti). Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti) Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti) Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.). İpoteka predmetinin qiymətləndirmə aktı.

2. İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda). İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.


3. İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİNDƏN SONRA TƏQDİM OLUNMALI SƏNƏDLƏR
İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
4. BORCALAN FƏRDİ SAHİBKAR OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti). Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi Vergi orqanları tərəfindən son 24 ay ərzində maliyyə göstəriciləri haqqında arayış
5. BORCALAN GÜZƏŞTLİ KATEQORİYAYA AİD OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR
Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

  • Min-Max faiz dərəcəsi:
  • 4.00-8.00%
  • Sənədlər:
  • Məbləğ:
  • 150000 - 1000000
  • Minimum yaş həddi:
  • 20 yaş
  • Müddət:
  • 360 ay
  • İlkin qərar:
  • 3-5 iş günü

Kredit kalkulyatoru





Kredit faizi 4.0%
Aylıq ödəniş 335558 azn

Minimum fifd faizi - 4.00%

Maksimum fifd faizi -8.00%


  • Dövlət qulluğu
  • Lombard
  • Zamin
  • Girov

AIKZF hesabına ipoteka krediti

Aşağıdakı formu dolduraraq kredit sifarışi edə bilərsiniz..

Şəxsi məlumatlar







Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların Kredit Bürosuna təqdim edilməsinə və ya Kredit Bürosundan kredin hesabatının əldə edilməsinə razılıq verirəm.