MİDA - İpoteka krediti
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər
1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd;
2. İpoteka predmetinin qiymətləndirmə aktının əsli;
3. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti;
4. Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə);
5. Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
6. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı;
7. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir);
8. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.);
9. Borcalanın DSMF və əmək haqqı kartının yalnız üz hissəsinin surəti;
10. Borcalanın (borcalanların) iş yeri özəl müəssisə olduqda borcalanın (borcalanların) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış (B3 forma özəl müəssisə tərəfindən təsdiqlənmiş) və özəl müəssisənin son 1 ilinin vergi bəyannaməsi (Müvafiq vergi orqanının təsdiqilə);
11. Borcalanın (borcalanların) və həyat yoldaşının doğum şəhadətnamələri surəti.
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər
1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti);
2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
- Min-Max faiz dərəcəsi:
- 4.00-4.00%
- Sənədlər:
- Məbləğ:
- 0 - 1000000
- Minimum yaş həddi:
- 18 yaş
- Müddət:
- 360 ay
- İlkin qərar:
- 3-5 iş günü
Kredit kalkulyatoru
Minimum fifd faizi - 4.00%
Maksimum fifd faizi -4.00%
- Dövlət qulluğu
- Lombard
- Zamin
- Girov
MİDA - İpoteka krediti
Aşağıdakı formu dolduraraq kredit sifarişi edə bilərsiniz.