Artıq Kartmaneniz qapınıza gələcək!

Artıq Kartmaneniz qapınıza gələcək!

Artıq Kartmaneniz qapınıza gələcək!

Kartmane yeni sahiblərinə, qapılarına qədər çatdırılacaq!

Rabitəbank rahat bankçılıq şüarı ilə müştərilərinə xoş təəccüblər yaşadır!

Artıq hər kəs rahat şəkildə Kartmane sahibi olacaq! Bank öz unikal məhsulundan yararlanmaq istəyən müştərilərin sağlamlığı və təhlükəsizliyi üçün, çatdırılma imkanını təqdim edir. Bu gündən etibarən, sifariş verilən Kartmane kartları, müştərilərin qeyd etdiyi ünvana Rabitəbank tərəfindən təmamilə pulsuz çatdırılacaq. Qeyd edək ki, müştərilər Kartmane kartlarını bankın rəsmi saytı üzərindən, Rabitabank Mobil tətbiqi və RabitaBot vasitəsiylə sifariş edə bilərlər. Kart sifariş etmək üçün alternativ olaraq +99450 880 01 33 whatsapp nömrəsinə də yazmaq mümkündür.

Özündə çoxlu sayda üstünlükləri toplayan unikal Kartmane kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-ə dək, kafe və restoranlardan 5% cashback, bütün ödənişlərə 2% cashback, bütün market ödənişlərinə 5%-dək cashback– birini seçən Kartmane sahibi Rabitəbank mobil tətqibi vasitəsiylə istədiyi vaxt cashback növünü dəyişə bilər.

Bununla yanaşı müştərilər Rabitəbank-ın durmadan artan partnyor şəbəkəsində tam 25%-ə qədər əlavə cashback qazana bilərlər. Müştərilər Kartmane kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.

Daha ətraflı məlumat və Kartmane haqqında çox verilən suallara cavab tapmaq üçün, Kartmane linkinə daxil ola bilərsiniz.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Mərkəzi Bank valyuta məzənnələri

Valyuta

Alış

USD 1.7
EUR 1.858
RUB 0.0238
TL 0.2502