Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək!

Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək!

Ölkə başçısı cənab İlham Əliyevin öndərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına Bank of Baku da qoşuldu.

Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə kiçik və orta biznesin inkişafına töhfə verən Bank aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində də öz missiyasına sadiq qalaraq fiziki məhdudiyyəti olan üç şəxsə və məcburi köçkün həyatı yaşayan bir vətəndaşımıza şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib.

Belə ki, bank tərəfindən Ağsu, Balakən, Zərdab, Yevlax rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan şəxslərə aşağıda qeyd olunan istiqamətlər üzrə kiçik bizneslərinin qurulmasına, həmçinin inkişafına təkan verəcək xüsusi avadanlıqların alınacağına dair sənədlər təqdim olunub:

  • Həmidova Mirvari Seyidəhməd qızı – tekstil məhsullarının istehsalı;
  • İsayeva Pərvanə Fərman qızı – tekstil məhsullarının istehsalı;
  • Hətəmov Xəyal Tahir oğlu – kişi bərbərxanasının qurulması;
  • Babayeva Ülviyyə Əli qızı – qadın gözəllik salonun qurulması.
Bununla da, ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasına Bank of Baku da qoşularaq, regionlarda bu istiqamətdə işin təşkilinə dəstəyini göstərib. Qeyd edək ki, bank ilkin mərhələdə uğurla həyata keçirtdiyi bu layihənin icrasını ilin sonunadək fərqli regionları əhatə etməklə daha da genişləndirmək niyyətindədir.

Bank of Baku-nun təqdim etdiyi xidmət və məhsullar, həmçinin icra etdiyi layihələr haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

Mərkəzi Bank valyuta məzənnələri

Valyuta

Alış

USD 1.7
EUR 1.858
RUB 0.0238
TL 0.2502