Rabitəbankdan nağd pul kreditinə kampaniya!

Rabitəbankdan nağd pul kreditinə kampaniya!

Rabitəbankda nağd pul kreditinə illik faiz dərəcəsi 16% oldu.
“Rabitəbank” nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün kampaniyaya start verir. Güzəştlərlə zəngin kampaniya çərçivəsində illik faiz dərəcəsi 16%-ə endirildi.
İndi 27 aylıq kredit müddətinə maksimum 15.000 AZN-dək, zaminsiz maksimum 10.000 AZN-dək nağd pul krediti əldə etmək mümkündür. Əlavə olaraq kredit üçün müraciət edəcək müştərilərə 20% endirimli komissiya və sığorta haqqı təklif olunur. Kampaniya 31 iyuladək keçərlidir.
Kampaniyanın şərtlərindən yararlanmaq üçün evdən çıxmadan nağd pul krediti məhsulunu onlayn sifariş edə bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumat üçün 133 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir.

Mərkəzi Bank valyuta məzənnələri

Valyuta

Alış

USD 1.7
EUR 1.858
RUB 0.0238
TL 0.2502