SME Kreditləşməsi üzrə Baş mütəxəssis

SME Kreditləşməsi üzrə Baş mütəxəssis

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
– Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
– Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
– Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
– Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
– Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.



VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
- SME kreditləşməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Problemləri həlletmə qabiliyyəti;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı.



Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SME-Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Mərkəzi Bank valyuta məzənnələri

Valyuta

Alış

USD 1.7
EUR 1.858
RUB 0.0238
TL 0.2502