Onlayn kredit müraciəti anketini dolduraraq, sorğunuzun sərfəli şərtlərlə kredit verən banka yönləndiriləcəyinə əmin ola bilərsiniz.

Siz, bu saytdakı xanaları doldurmaqla, fərdi məlumatlarınızın bu saytın və ya bizim digər layihələrimizin məqsədləri üçün müddətsiz istifadə edilməsinə, bizim əməkdaşlıq etdiyimiz və ya edəcəyimiz bank və ya hər-hansı bir digər təşkilata ötürülməsinə, habelə aşağıdakılara dair razılıq vermiş olursunuz.

Fərdi məlumatlar dedikdə, Sizin adınız, soyadınız, atanızın adı və sayta daxil etdiyiniz əlaqə məlumatlarınız nəzərdə tutulur. Sizin fərdi məlumatlarınız tərəfimizdən emal oluna bilər, habelə Sizin kredit sifarişinizlə bağlı öz mülahizəmizə əsasən bizimlə əməkdaşlıq edən banklardan birinə və ya bir neçəsinə ötürülə bilər.

Bu sayt, Sizin kredit sifarişinizi bizimlə əməkdaşlıq edən banka yönləndirilməsi funksiyasını həyata keçirir. Sizin bu sayt vasitəsi ilə kredit sifariş etməyiniz, bizim tərəfimizdən Sizə kreditin verilməsi öhdəliyi yaratmır.

Sizin fərdi məlumatlarınız və kreditin verilməsi üçün tələb olunan digər məlumatlar bizim tərəfimizdən və ya əməkdaşlıq etdiyimiz bank tərəfindən təhlil oluna bilər. Siz, əməkdaşlıq etdiyimiz bank tərəfindən onun müvafiq filialına dəvət edilə bilərsiniz. Sizin adınıza kreditin rəsmiləşdirilməsinə dair son qərar əməkdaşlıq etdiyimiz bank tərəfindən verilir.

Sizə həmçinin, tərəfimizdən reklam xarakterli məlumatlar göndərilə bilər. Siz bununla bəyan edirsiniz ki, reklam xarakterli məlumatların Sizə göndərilməsinə etiraz etmirsiniz.

Sizin fərdi məlumatlarınız, 11.05.2010-cu il tarixli, 998-IIIQ №-li “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən tərəfimizdən qorunur.